close

Putin avqustun 18-də Azərbaycana səfər edəcək

Foto: Azərtac

Kreml deyir ki, Rusiya ilə Azərbaycanın müttəfiqlik münasibətləri müzakirə olunacaq

Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-də Azərbaycana səfər edəcəyi bildirilir.

Bu barədə Kreml məlumat yayıb.

Bildirilir ki, avqustun 18-19-da baş tutacaq səfərin danışıqlar mövzuları arasında “Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər” olacaq.

Kremlin bəyanatında qeyd edilir ki, səfərin yekunları üzrə birgə bəyanatın, eləcə də bir sıra sənədlərin imzalanması planlaşdırılır.

V.Putinin Azərbaycana sonuncu səfəri 2018-ci ilin sentyabrında baş tutmuşdu.

2022-ci ilin 22 fevralında Moskavada Azərbaycanın Prezidenti İlham Əliyevlə Rusiyanın Prezidenti Vladimir Putin arasında “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

Ana səhifəSiyasətPutin avqustun 18-də Azərbaycana səfər edəcək