close

Professor meymunçiçəyi virusunu Azərbaycan üçün təhlükəli saymır

Meymunçiçəyi virusu. Foto: Reuters

İsveç və Pakistanda meymunçiçəyi aşkarlanıb, ÜST çağırış edib

İsveçdə bir, Pakistanda isə üç nəfərdə meymunçiçəyi (mpox) virusuna yoluxma qeydə alındığı bildirilir.

İsveç hökuməti bildirib ki, həmin şəxs Afrikaya səfər zamanı virusa yoluxub.

Pakistanda isə avqustun 16-da ölkənin şimalındakı Xayber-Paxtunxva vilayətinin səhiyyə departamenti məlumat yayıb.

Bildirilib ki, virus Birləşmiş Ərəb Əmirliklərindən gələnlərdə tapılıb.

Pakistanda daha öncə də meymunçiçəyi tapılmışdı. Ancaq yeni xəstələrdə hansı variantın aşkarlandığı bəlli deyil.
Hər üç xəstə karantinə alınıb.

Tedros Adanom Qebreisus. Foto: Reuters

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreisus “X” hesabında bütün ölkələri nəzarəti gücləndirməyə çağırıb.

ÜST 2024-cü il avqustun 14-də meymunçiçəyi ilə bağlı qlobal fövqəladə vəziyyət elan edib.

2023-cü ilin sentyabrından Afrikada yeni meymunçiçəyi epidemiyası davam edir.

Qitədə 13,7 min hadisə qeydə alınıb, 456 nəfər ölüb.

Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev meymunçiçəyinin epidemiya xarakteri almayacağını və Azərbaycanda yayılma ehtimalının olmadığını deyir:

Bu virusun hətta yayıldığı endemik ocaqlarda, mütləq yoluxma əmsalı hazırda 1/10000 faiz nisbətində olduğundan, onun lokal ocaqlarda belə, epidemiya ehtimalı nisbidir. Azərbaycanda isə belə bir ehtimal ümumiyyətlə yoxdur”.

Meymunçiçəyi xəstəliyi nədir?

Meymunçiyəyi virusu ilk dəfə 1958-ci ildə meymun koloniyalarında kəşf edilib.

İlk dəfə insana yoluxma hadisəsi isə Konqo Demokratik Respublikasında 1970-ci ildə baş verib.
Bu virus yalnız meymunlardan ötürülmür. Daşıyıcıları daha çox gəmiricilər və çöl heyvanlarıdır.

Meymunçiyəyinə yoluxma riski əsasən qərbi və mərkəzi Afrika çöllərində yaşayan gəmiricilərlə təmasdan və dişləndikdə mümkün ola bilər.
Əlavə olaraq, daşıyıcı heyvanın qanından, bədən mayesindən, dərisində olan qabarcıqlar və qızarıqlardan yoluxmaq mümkündür.
Yoluxmuş heyvanın yaxşı hazırlanmamış ətini istehlak etmək də insanlarda yoluxma riskini artırır.

Ana səhifəSağlıqProfessor meymunçiçəyi virusunu Azərbaycan üçün təhlükəli saymır