close

Putin: “Rusiya 15 ildir ki, Ermənistana Bakı ilə güzəştə getməyi təklif edir”

Foto: kremlin.ru

Rusiya Prezidenti sülhməramlılarla bağlı da danışıb

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın “Dağlıq Qarabağ”da konstitusiya quruluşunun bərqərar etməsinin zaman məsələsi olduğunu bildirib.

O, bu barədə oktyabrın 5-də “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.

Onun sözlərinə görə, Rusiya 15 ildir ki, Ermənistana Bakı ilə güzəştə getməyi təklif edir, Qarabağın 5 rayonunu qaytarır, ikisini isə özünə saxlayır, lakin Yerevan bundan imtina edib.

Putin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Rusiyanın erməni xalqına xəyanət etməsi ilə bağlı sözlərinə belə münasibət bildirib:
“Kimin madyanı ağlar, sizinki isə susar”. Atalar sözünün inəyə aid edilməsinə prezident belə cavab verib: “İnək, madyan – fərqi yoxdur. Bir sözlə, heyvandır”.

O vurğulayıb ki, Rusiya sülhməramlılarının Qarabağdakı vəzifələri yalnız atəşkəs rejiminə əməl olunmasına nəzarət etməkdir. “Onların başqa hüquqları yox idi”, – o əlavə edib.

Putin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ona sülhməramlıların statusu ilə bağlı ikitərəfli əsasda danışıqlar aparmağı təklif edib və Ermənistanın Baş naziri Nikol Paşinyan da bunu təsdiqləyib.

Hətta bizim sülhməramlılarımızın statusu Qarabağın Azərbaycanın tərkibində statusu müəyyən edildikdən dərhal sonra keyfiyyətcə dəyişikliyə məruz qalıb. Əliyev deyir: “Sizin ordunuz bizim ərazimizdədir, indi onların statusunu ikitərəfli əsasda razılaşdıraq”. Ermənistanın Baş naziri Paşinyan da təsdiqləyib: “Bəli, indi ikitərəfli əsasda danışıqlar aparmaq lazımdır”, – Putin deyib.

Vladimir Putin Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını xatırladıb. Onun fikrincə, bu, Qarabağın statusu olan əsas məsələnin həllini tapması deməkdir. Qarabağ öz müstəqilliyini elan edəndə onu heç kim, hətta Ermənistan da tanımırdı”.

Ermənistan bizim müttəfiqimiz olmaqdan əl çəkmir”, – Putin vurğulayıb. O bəyan edib ki, lazımi ehtiyac yaranarsa, Rusiya Yerevana humanitar yardım göstərəcək.

Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş dövlət naziri Ruben Vardanyan və digər separatçı liderlərin Azərbaycan tərəfindən saxlanılmasına münasibət bildirən Vladimir Putin onları Yerevanda görmək istəmədiklərini bildirib.

Son əməliyyatlar

Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb. Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içərisində 14 nəfər həyatını itirib. Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub. Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.

Sentyabrın 19-da Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlayıb. Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.

Sonuncu hərbi əməliyyat zamanı Azərbaycan 200-dən çox hərbçisini itirib.

İkinci Qarabağ münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.

Ana səhifəSiyasətPutin: “Rusiya 15 ildir ki, Ermənistana Bakı ilə güzəştə getməyi təklif edir”