close

“Qarabağ”dan Avropa Liqasında ardıcıl ikinci qələbə

Fotolar: “Qarabağ”ın sosial media hesabı

Azərbaycan çempionu səfərdə İsveç klubunu məğlub edib

“Qarabağ” oktyabrın 5-də UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyununu keçirib.

Azərbaycan çempionu saat 23:00-da başlayan qarşılaşmada İsveçdə “Hakken” klubunun qonağı olub.

“Qarabağ” H qrupunda keçirdiyi ilk matçda Bakıda Norveçin “Molde” komandasını 1:0 hesabı ilə məğlub etmişdi.

İsveçdəki oyunda da Qurban Qurbanovun baş məşqçi olduğu komanda minimal hesablı qələbə qazanıb – 1:0.

Qrupun digər matçında Almaniyanın “Bayer” komandası səfərdə “Molde” ilə görüşüb. Bu oyunda “Bayer” 2:1 hesablı qələbəyə sevinib.

Avropa Liqasında iki turdan sonra H qrupuna 6 xalla “Bayer” başçılıq edir. Eyni xala malik olan “Qarabağ” ikinci pillədə qərarlaşıb.

Ana səhifəİdman“Qarabağ”dan Avropa Liqasında ardıcıl ikinci qələbə