close

Putin Türkiyəyə gedəcək

Putin və Ərdoğan. Foto: quetions123/shutterstock

Onun Ərdoğanla taxıl müqaviləsini müzakirə etdiyi bildirilir

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

Bu barədə razılıq iki prezidentin avqustun 2-dəki telefon danışığı zamanı əldə olunub.

“Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı liderlər Putinin Türkiyəyə səfəri məsələsində razılığa gəliblər”, – deyə məlumatda deyilir.

Ancaq səfərin tarixi dəqiqləşdirilməyib.

Eyni zamanda, Putin və Ərdoğanın taxıl müqaviləsini müzakirə etdikləri qeyd olunub.

Ana səhifəDünyaPutin Türkiyəyə gedəcək