close

Türkiyədə 10 fabrik yanıb

Foto: “sozcu.com.tr”

Onlarla insanın xəsarət aldığı bildirilir

Bursada 10 fabrik yanıb, onlarla insan xəsarət alıb.

Bursanın İnegöl rayonunda meşə məhsulları fabrikində başlayan və eyni kompleksdə metal, kağız, şüşə, inşaat, mebel, iplik və tekstil istehsal edən daha 9 fabrikə yayılan yanğın 7 saat sonra nəzarətə alınıb.

Yanğının səbəbi hələ də məlum deyil. Lakin küləyin təsiri ilə tez bir zamanda ətrafa yayılıb.

İnegöl və ətraf rayonlardan çoxlu sayda yanğınsöndürən hadisə yerinə göndərilsə də, yanğının nəzarətə götürülməsi saatlar çəkib.

Kimyəvi maddələrin də olduğu fabriklərdə vaxtaşırı partlayışlar baş verib.

110 dekar sahənin 70 hektarını əhatə edən yanğın nəticəsində həyatını itirən olmasa da, onlarla insan yaralanıb.

Yanğının söndürülməsinə Bursa Böyükşəhər Bələdiyyəsinin Yanğından Mühafizə İdarəsi ilə bərabər İstanbul, Yalova, Kocaeli, Balıkesir və Biləcikdən də qruplar cəlb edilib.

Ana səhifəDünyaTürkiyədə 10 fabrik yanıb