Azərbaycan çempionu səfərdə “Bayer”ə məğlub olub
“Qarabağ” klubu martın 14-də UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununu keçirib.
Azərbaycan çempionu Almaniyada “Bayer” (Leverkuzen) komandası ilə qarşılaşıb. Komandalar arasındakı ilk görüş 2:2 hesabı ilə yekunlaşmışdı.
“BayArena”da keçirilən cavab oyunu saat 00:00-da başlayıb.
İngiltərəli FİFA referisi Entoni Teylorun idarə etdiyi qarşılaşma “Bayer”in 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, Leverkuzen təmsilçisi iki oyunun nəticəsinə əsasən Avropa Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.