Azərbaycan çempionu Portuqaliyada “Braqa”nı məğlub edib
“Qarabağ” klubu fevralın 15-də UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Bakı vaxtilə saat 00:00-da start götürən oyunda Azərbaycan çempionu Portuqaliyada yerli “Braqa” komandası ilə qarşılaşıb.
![Foto: "Qarabağ"ın sosial media hesabı](https://i1.wp.com/www.meydan.tv/wp-content/uploads/whatsapp-image-2024-02-16-at-01.39.49-1026x821.jpeg)
Qarşılaşma “Qarabağ”ın qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisi Portuqaliya səfərində 4:2 hesablı qələbəyə sevinib.
Komandalar arasında cavab oyunu fevralın 22-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.