close

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşıb

Foto: “Qarabağ”ın sosial media hesabı

Azərbaycan çempionu Polşa klubuna məğlub olub

“Qarabağ” klubu avqustun 2-də UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirib.

Azərbaycan çempionu Polşanın “Rakuv” komandasını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən oyun saat 20:00-da başlayıb.

Polşada keçirilən ilk matçda rəqibinə 2:3 hesabı ilə uduzan “Qarabağ” mərhələni adlamaq üçün ən azı iki top fərqi ilə qələbə qazanmalı idi. Amma “köhlən atlar”ın gücü yalnız heç-heçə etməyə çatıb – 1:1.

Bu nəticədən sonra “Rakuv” Çempionlar Liqasının 3-cü mərhələsində Kipr “Aris”i ilə qarşılaşacaq. “Qarabağ” isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində HJK (Finlandiya) / “Molde” (Norveç) cütünün məğlubu ilə görüşəcək.

Ana səhifəİdman“Qarabağ” Çempionlar Liqası ilə vidalaşıb