close

“Qarabağ” Konfrans Liqasında mübarizəni dayandırıb

Foto: “Qarabağ”ın sosial media hesabı

Azərbaycan çempionu “Gent”ə penaltilər seriyasında uduzub

“Qarabağ” futbol klubu fevralın 23-də UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.

Azərbaycan çempionu Belçikada “Gent” komandasının qonağı olub. 

“Qarabağ” Bakıda keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanıb.

“Gelamko Arena”da keçirilən və saat 00:00-da start götürən oyuna Ağdam təmsilçisi itkilərlə çıxıb. Qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Abbas Hüseynov və yarımmüdafiəçi Marko Yankoviç zədə səbəbindən “Gent”lə qarşılaşmada iştirak etməyib.

Oyunda hesab 74-cü dəqiqədə açılıb. “Gent”in vurduğu qol yeganə olub. Ümumi hesab bərabər olduğundan, matçda əlavə 30 dəqiqə oynanılıb. Bu dəfə də qapılara başqa qol vurulmadığı üçün qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Penaltilərdə daha dəqiq olan Belçika klubu Konfrans Liqasının 1/8 mərhələsinə vəsiqə qazanıb. “Qarabağ” isə avrokuboklarda mübarizəni dayandırıb.

Ana səhifəXəbərlər“Qarabağ” Konfrans Liqasında mübarizəni dayandırıb