İlkin Tağıyevin bədəninin 30 faizinin yandığı bildirilir
II Qarabağ müharibəsi veteranı İlkin Tağıyevin intihara cəhd etdiyi bildirilir.
Hadisənin iyunun 20-də Naftalan Rayon İcra Hakimiyyətinin qarşısında baş verdiyi qeyd olunur.
Bildirilir ki, İlkin Tağıyevin bədəninin 30 faizi yanıb.
“Gununsesi” qazinin Bakıya gətirildiyi haqda məlumat yayıb.
Baş Prokurorluq qazinin özünü yadırdığını təsdiləyib.
Bildirilib ki, hadisə ilə bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
İlkin Tağıyev 1993-cü ildə Goranboyun Hacıallı kəndində anadan olub.
Naftalan şəhərində yaşayan İ.Tağıyev müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.
O, 2016-cı ilin aprel döyüşlərində də iştirak edib, II Qarabağ müharibəsində Talış və Suqovuşan istiqamətində döyüşüb.
İ. Tağıyevin artilleriya kəşfiyyatçısı kimi qulluq etdiyi bildirilir.