close

Qarabağda maaşlarını ala bilməyən işçilər etiraz edir

Qarabağda Zəngilan və Qubadlı bölgələrində işləmiş fəhlələr əməkhaqlarını ala bilmədikləri üçün “Əmək Mühəndislik MMC”nin qarşısında etiraz edir.

Onlar deyir ki, subpodratçı “Universal 2018 MMC” tikinti şirkətində çalışsalar da, onların əmək haqları ödənməyib işçilər şikayət edir ki, bir neçə dəfə onlara maaşlarının veriləcəyi vəd olunsa da, verilən sözlər həyata keçməyib.

Lakin maaşlarını tələb etdikləri “Əmək Mühəndislik MMC”dən onlara bildirilib ki, əmək müqavilələri olmadığından şirkət onlara maaş ödəyə bilməz. Lakin işçilər müqavilələrinin olduğunu bildirir. İşçilər etiraz aksiyasından sonra öz əmək haqlarını ala bilib.

Ana səhifəVideoQarabağda maaşlarını ala bilməyən işçilər etiraz edir