close

Qazaxıstan Azərbaycan-Ermənistan arasında bağlanacaq sülh müqaviləsinə dəstək olmaq istəyir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlət başçılarının qeyri-rəsmi sammitində. Foto: Azərtac

Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilib

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlət başçılarının qeyri-rəsmi sammitində bildirib.

Foto: Azərtac

Sammit iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçirilib.

Tokayev Ermənistan və Azərbaycan arasında sülhün olacağına ümid etdiyini bildirib.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz arasında Qarabağ bəyannaməsi imzalanıb.

Sənədin detalları barədə hələlik, ictimaiyyətə ətraflı məlumat verilmir.

Tədbirə Macarıstanın Baş naziri Viktor Orban, təkcə Türkiyənin tanıdığı Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar və TDT Baş Katibi Kubanıçbek Omuraliyev də qatılıb.

Tədbirdə nəqliyyat əlaqələrinin gücləndirilməsi və iqlim dəyişiklikləri ilə mübarizə məsələləri də müzakirə olunub.

Ana səhifəSiyasətQazaxıstan Azərbaycan-Ermənistan arasında bağlanacaq sülh müqaviləsinə dəstək olmaq istəyir