close

Qızıl mədəninin tullantı suları anbarında çəkiliş aparan ekoaktivist saxlanılıb, bir neçə saat sonra sərbəst buraxılıb

Foto: “Ecofront”

Sionid anbarı çox bərbad idarə edilib”

“Ecofront” təşkilatının əməkdaşı Kənan Xəlilzadə Söyüdlü mədəninin tullantı suları anbarında canlı yayım edərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Canlı yayım internet bağlantısı itdiyi üçün kəsilib.

Bu barədə “Ecofront” təşkilatından bildiriblər.

“DİN-in mətbuat katibi Elşad Hacıyev məsələni araşdırdıqdan sonra Kənanın polislər tərfindən saxlanıldığını təsdiqlədi. Bir neçə saat sorğu-sual edildikdən sonra Kənan sərbəst buraxılıb”,- təşkilatdan deyiblər. 

Təşkilatdan qeyd edilib ki, sionid anbarı çox bərbad idarə edilib. Nəinki beton örtüklü anbar, ən primitiv su keçirməz membranlar (tarp) belə anbarın ancaq bənd hissəsini əhatə edir:

Digər hissələrdə sızmanın qarşısını almaq üşün heç bir addım atılmayıb. Bu anbardan davamlı olaraq sızma olması qaçılmazdır”.

Bu anbarı idarə edən şirkət və nəzarətedici qurum kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsuliyyətə cəlb edilməlidir. Mədənin və emal müəssisələrin fəaliyyəti dərhal dayandırılmalıdır. Anbarda təhlükəsizlik tədbirləri gücləndirilməli və toksik tullantının zərərsizləşdirilməsi üçün fəaliyyət planı hazırlanmalıdır. Bütün xərclər də bu fürsətçi şirkətə yüklənməlidir”, – “Ecofront”un açıqlamasında bildirilir.

Ana səhifəBölgəQızıl mədəninin tullantı suları anbarında çəkiliş aparan ekoaktivist saxlanılıb, bir neçə saat sonra sərbəst buraxılıb