close

Rasim Balayevə “İstiqlal” ordeni verildi

Rasim Balayev. Foto: “azerbaycan24”

İlham Əliyev Xalq artistini təltif edib

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev “İstiqlal” ordeni ilə təltif edilib.

Bu barədə avqustun 7-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rasim Balayev “İstiqlal” ordeni ilə təltif olunsun.

Rasim Balayev 1948-ci ilin 8 avqustunda Ağsu rayonunda anadan olub.

O, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib.

O, 25 yaşında “Nəsimi”, 27 yaşında “Dədə Qorqud”, 31 yaşında isə “Babək” filminə çəkilib.

“Nəsimi” və “Babək” filmlərində baş qəhrəman rolunda olub.

Aktyor 1982-ci ildə Azərbaycan SSR Xalq artisti, 4 il sonra isə Azərbaycan SSR Dövlət mükafatı laureatı mükafatlarını alıb.

1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.

Ötən il  Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Ana səhifəMədəniyyətRasim Balayevə “İstiqlal” ordeni verildi