close

Rusiya “dost olmayan ölkələrdən” istehlak mallarının idxal tariflərini artırıb

Foto: shutterstock/Viacheslav Lopatin

Yeni tariflər 31 dekabr 2024-cü il tarixinə qədər qüvvədə olacaq

Rusiya Moskvaya qarşı sanksiyaları dəstəkləyən ölkələrlə bağlı yeni qayda qəbul edib. Həmin ölkələrdə istehsal olunan şərab, pivə, şirniyyat, peçenye və şampun kimi məhsullar da daxil olmaqla istehlak mallarının idxal tariflərini artırıb.

Rusiya Ukrayna ilə hərbi münaqişəsinə görə Moskvaya qarşı sanksiyalar tətbiq edən ölkələrdən idxalı 2022-ci ildə azaldıb. Bəzi Qərb istehsalçıları Rusiyaya satışı dayandırsa da, Moskva özünə lazım olan malların gəlməsi üçün dolayı yollar tapıb. Odur ki, hələ də Rusiya mağazalarının rəflərində xarici mallara rast gəlinir.

Yeni qaydaya əsasən, məsələn, Polşadan gətirilən ətir, kosmetika və şampun üçün tariflər gömrük dəyərinin 35 faizini təşkil edəcək. Litva, Latviya və Estoniyadan olan divar kağızları üçün rüsumlar 50%-ə yüksələcək. Şərab üçün idxal rüsumları 20%-ə qədər artırılacaq.

Yeni tariflər 31 dekabr 2024-cü il tarixinə qədər qüvvədə olacaq və dərc olunduqdan yeddi gün sonra qüvvəyə minəcək.

Ana səhifəDünyaRusiya “dost olmayan ölkələrdən” istehlak mallarının idxal tariflərini artırıb