close

Ukraynada döyüşən gürcülərin DTX-ya çağırıldığı bildirilir

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti. Foto: “socialjustice.org.ge/”

Vəkil bu işi siyasi hesab edir

Ukraynada Rusiya Federasiyasına qarşı döyüşən gürcü könüllülərin Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) dindirilmək üçün çağırıldığı bildirilir.

İyulun 20-də sosial şəbəkələrdə Ukraynada döyüşmüş gürcü döyüşçü Nadim Xmaladze bu barədə yazıb.

“Mən, Nadim Xmaladze, dövlət çevrilişi və terrorizm ittihamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıram”, – o “Facebook”da yazıb. Bir gün əvvəl məlum olub ki, Ukraynadakı döyüşlərdə iştirak edən İşğal Əleyhinə Hərəkatın fəalı Laşa Çiqladze Tbilisi Şəhər Məhkəməsində dindirilib: “Mənə dedilər ki, bir il əvvəl dövlət çevrilişi ilə bağlı istintaq başladılıb və bununla bağlı bəzi suallar var”.

Çiqladze “Mtavari TV”-yə müsahibəsində bildirib ki, Ukraynaya nə vaxt gedib, qayıtdığı barədə də suallar verilib. 

Çiqladzenin vəkili Laşa Tkeşeladze işi siyasi adlandırıb.

“Bu iş absurddur, qanunla heç bir əlaqəsi yoxdur və Laşa Ukraynada Rusiyaya qarşı vuruşduğu üçün bu gün çağırılıb”, – Tkeşeladze deyib. Hökumətyönlü “İmedi” telekanalının məlumatında isə Çiqladzenin hökuməti devirmək üçün sui-qəsddə ittiham olunduğu bildirilib.

Ana səhifəDünyaUkraynada döyüşən gürcülərin DTX-ya çağırıldığı bildirilir