close

Rusiya “Eurovision-2016”nın qalibini axtarışa verib

Susana Camaladinova. Foto: sosial şəbəkə

Camalanın hansı maddələrlə axtarışa verildiyi rəsmi açıqlanmır

Rusiya Daxili İşlər Nazirliyinin ukraynalı müğənni, “Eurovision-2016”nın qalibi Camalanı (əsl adı Susana Camaladinova) axtarışa verdiyi bildirilir.

“Tass” yazır ki, bu barədə nazirliyin axtarış məlumat bazasında məlumat yerləşdirilib.

Axtarış bazasında işin Cinayət Məcəlləsinin hansı maddəsi ilə açıldığı göstərilmir.

“Mediazona”nın məlumatına görə, müğənni Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 1-ci hissəsi) ittiham olunur və o, 2023-cü il oktyabrın ortalarından axtarışdadır.

2016-cı ildə Ukraynanı təmsil edən Camala Krım tatarlarının deportasiyasından bəhs edən “1944” mahnısı ilə “Eurovision”müsabiqəsinin qalibi olub.

Camala Rusiyanın Ukraynada hərbi əməliyyatlarına qarşı çıxan müğənnilərdən olub.

2022-ci ilin aprelində o, 50 il müddətinə Rusiyaya girişi qadağan edilən ukraynalı sənətçilərin siyahısına daxil edilib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Bundan sonra Avropada Rusiya mədəniyyəti boykot edilib.

Həmçinin bir sıra beynəlxalq kino və musiqi şirkətləri, həmçinin festivalları Rusiya ilə mədəni əlaqələri kəsiblər.

Rusiyanın bəzi müğənni, aparıcı və aktyorları Ukraynadakı müharibəyə qarşı çıxıblar.

Onlardan bir neçəsi Rusiyanı tərk edib.

Ana səhifəMədəniyyətRusiya “Eurovision-2016”nın qalibini axtarışa verib