close

Sevinc Vaqifqızı təyyarədən enərkən saxlanılıb

Sevinc Vaqifqızı. Foto: MeydanTV

Baş redaktorun evində axtarış aparılır

Noyabrın 21-də gecə saatlarında xarici səfərdən qayıdan “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı təyyarədən enməmiş trampda saxlanılıb.

Bu barədə Meydan TV-yə məlumatı onunla eyni təyyarədə olan hüquqşünas Sübhan Həsənli verib.

Sevinc Vaqifqızının yaşadığı mənzilə aparıldığı bildirilir. Polislər onun mənzilində axtarışa başlayıblar.

Noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli də hava limanında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb. Həmin gün ictimai fəal Məhəmməd Kekalov da evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparılıb.

Onun harada olması haqda hələ məlumat yoxdur.

Ana səhifəTövsiyəSevinc Vaqifqızı təyyarədən enərkən saxlanılıb