close

Rusiya Ukraynaya raket atəşinə tutub, ölən və yaralananlar var

Foto: Reuters

Çerniqov, Sumi, Xarkov və Donetsk bölgələri hədəfə alınıb

Rusiyanın Ukraynanın şimal, şərq və cənubuna hücumları nəticəsində azı 4 nəfərin öldüyü, 37 nəfərin yaralandığı bildirilir.

Ukrayna hərbçiləri və yerli hakimiyyət orqanları belə açıqlayıb.

Ukrayna Hərbi Hava Qüvvələri “Telegram” mesajlaşma proqramında bildirib ki, gecə ərzində hücumlar Ukraynanın cəbhə bölgəsi olan Çerniqov, Sumi, Xarkov və Donetsk bölgələrini hədəf alıb.

Rusiya Ukrayna ilə sərhəd rayonlarını zərbələrlə vurur. Kiyev deyir ki, bu ayın əvvəlində Rusiyanın Kursk bölgəsinə qəfil müdaxiləsi Moskvanın bu cür hücumlar təşkil etməsinə mane olmaq məqsədi daşıyır.

“Raketlərin əksəriyyəti hədəflərinə çatmayıb”,- deyən hava qüvvələri Rusiyanın “İsgəndər-M” ballistik raketi, “İsgəndər-K” qanadlı raketi və altı idarə olunan hava raketi atdığını bildirib. Tam olaraq neçə nəfərin həlak olduğu isə dəqiq bilinmir.

Yerli hakimiyyət orqanları “Telegram”-da bildiriblər ki, ölkənin şimalındakı Sumi bölgəsinə raket hücumu nəticəsində bir nəfər ölüb, üçü uşaq da daxil olmaqla ən azı 16 nəfər yaralanıb.

Şərqdəki Xarkov vilayətinin qubernatoru Oleh Sinehubov Rusiyanın hücumları nəticəsində 4 yaşlı uşaq da daxil olmaqla azı 13 nəfərin yaralandığını yazıb.

Xarkov şəhərinin meri İqor Terekhov bildirib ki, şəhərdə qaz kəməri zədələnib, ən azı iki ev dağılıb, 10 evə ziyan dəyib.
Hərbi Hava Qüvvələri Rusiyanın 9 hücum pilotsuz uçan aparatını işə saldığını, Ukraynanın hava hücumundan müdafiə sistemlərinin Nikolayev vilayəti üzərindən səkkizini məhv etdiyini bildirib.

Xerson şəhərinin hərbi administrasiyasının rəhbəri Roman Mroçkonun sözlərinə görə, Rusiyanın cənub bölgəsində gün ərzində Rusiya hücumları davam edib, nəticədə bir nəfər ölüb, altı nəfər yaralanıb.

Sumi bölgə prokurorları bazar günü günortadan sonra Svesa kəndindəki yaşayış məhəlləsinə edilən hava bombalı hücumun iki nəfərin ölümünə və iki nəfərin yaralanmasına səbəb olduğunu bildiriblər.

Hər iki tərəf Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalı ilə başladığı müharibədə mülki əhalinin hədəf alındığını inkar edir.

Ana səhifəDünyaRusiya Ukraynaya raket atəşinə tutub, ölən və yaralananlar var