close

Azərbaycanda ipoteka şərtləri hamıya əlçatandırmı?

İpoteka krediti. Foto: jd8/shutterstock

“Hazır olmayan binanın tam qarantiyası yoxdur”

Bakıda yaşayan ata, ana və 1 uşaqdan ibarət Hüseynovlar ailəsi son 10 ildə 200 manatdan 700 manata qədər artan kirayə haqqını hər ay ödəməli olur.

“İpoteka götürə biləsəydik, indi heç olmazsa, öz evimizin pulunu ödəyərdik. Asan Xidmətə getdik, maraqlandıq. Dedilər, aylıq gəliri göstərə bilmədiyim üçün mənə sosial ev də düşmür”,– ata Kərim Hüseynov deyib.

36 yaşlı Kərim Hüseynov elektrik ustasıdır. İş yerindən aldığı maaş 450 manatdır. Lakin ailəsini, əsasən, təsadüfi müştərilərin sifarişlərini edərək qazanır. Əldə etdiyi gəliri isə rəsmi olaraq göstərə bilmir.

Güzəştli kreditlər kimlərə verilir?

Güzəştli kreditlər yaşı 35-i keçməyən gənc ailə üzvləri, şəhid ailəsinin üzvləri, milli qəhrəman və ailə üzvləri, məcburi köçkünlər və ya ona bərabər tutulanlar, elmlər doktoru elmi dərəcəsi olanlar, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olanlar, ən azı 15 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxlərə və ən az 5 il jurnalist işləyən media reyestrindən keçənlərə verilir.

“Mənzillərin böyük qismi bir qrup əhalinin əlində cəmləşib”

İqtisadçı Toğrul Vəliyev deyir ki, Azərbaycanda, xüsusilə Bakıda demək olar, arzusunda olan hamıya çatacaq qədər ev var, lakin bu mənzillərin böyük qismi bir qrup əhalinin əlində cəmləşib.

Toğrul Maşallı
Foto: Toğrul Vəliyevin şəxsi arxivindən

O, həm də işləyən əhalinin bölgələrdə və digər şəhərlərdə bəlkə də rahatlıqla ev ala biləcəyini, lakin gəlir əldə etmək daha çətin olduğu üçün paytaxtda evə ehtiyaclarının olduğunu düşünür.
Bakıda mənzil ala bilmək hazırda əhali üçün çox çətindir. Çünki faktiki sosial ipoteka yoxdur. Düzdür, müəyyən sosial qrupları əhatə edir, amma bu, çoxluq deyil. Üstəlik bu qruplar üçün ayrılan dövlət ipoteka fondunun həcmi də o qədər böyük deyil. Tələbat qat-qat böyükdür”,- Toğrul Vəliyev Azərbaycanda əhalinin mənzil sahibi ola bilməməsi problemi haqqında deyib.

“Azərbaycanda daxili ipoteka ev almaq istəyənlər üçün çıxış yolu sayıla bilər?”

Daxili kreditlər dedikdə tikintisi davam edən binaların kreditlə satışı nəzərdə tutulur. Tikinti şirkətləri bina hazır olanadək alıcılara daha aşağı qiymətdən 1-3 il arası faizsiz kreditlər təklif edir. Bu halda alıcının əlində yetərli miqdarda nağd ilkin ödəniş və aylıq daha yüksək məbləğdə ödəniş etmək imkanı olmalıdır.

Əmlakçı Mülkədar Rüstəmov deyir ki, Azərbaycanda daxili ipotekanı da bir çox halda banklar verir. Beynəlxalq Bankla əməkdaşlıq edən tikinti şirkətləri 9-10 faiz civarında ipoteka şərtləri tələb edirlər. Bu binaların bir çoxu hələ hazır deyil, çıxarışı yoxdur, lakin ipoteka ilə dəyərləndilir. Hazır olmayan binanın isə tam qarantiyası yoxdur, məlum deyil ki, bina tikintisi başa çatacaq, ya yarımçıq qalacaq.

Cənubi Qafqazın digər ölkələrində vəziyyət necədir?

Gürcüstanda əhali təkcə paytaxt Tbilisidə yox, Batumi, Kutaisi, Kobuleti, Borjomi kimi şəhərlərdə də ev almaqda maraqlıdır. Bu da mənzil qiymətlərinin müxtəlifliyi ilə nəticələnib.

Banklar yerli valyuta ilə ödəniş olduqda ilkin 11 faiz əlavə ödəniş tələb edirlər. Dollar və avro ilə ödəniş edənlər isə 5.9 faizdən başlayaraq illik faiz ödəməli olurlar. Gürcüstanda mənzil almaq üçün rəsmi iş yerindən daha çox vətəndaşın son aylarda bank hesabında dövr edən məbləği göstərməsi yetərli olur. Bu da “freelancerlər” üçün ev sahibi olmağı asanlaşdırıb.

Ermənistanda isə mənzil qiymətləri həm Azərbaycan, həm də Gürcüstanla müqayisədə daha bahadır. Hazırda paytaxt Yerevanda ən ucuz birotaqlı mənzilin qiyməti 50 min dollardan başlayır. Şəhərin mərkəzi rayonlarında isə mənzil sahəsinin 1 kvadrat metri minimum 1500-1600 dollardan təklif edilir. “Milli ipoteka” proqramı çərçivəsində mənzil almaq üçün Ermənistan bankları 30 faiz ilkin ödəniş şərti ilə 10-20 il müddətinə, illik faiz dərəcəsi 11-13 faiz olmaqla 150 milyon dramadək kredit ayıra bilər.

Ana səhifəİqtisadiyyatAzərbaycanda ipoteka şərtləri hamıya əlçatandırmı?