close

Rusiyada “Signal”ın  bloklandığı bildirilir

“Signal”. Foto: Mojahid Mottakin/shutterstock

Bloklanma ilə bağlı hələ ki rəsmi açıqlama verilməyib

Rusiyada “Signal” messencerinin bloklandığı bildirilir.

Məlumata görə, messencer VPN (virtual şəxsi şəbəkə) olmadan və ya blokdan keçmə rejimini aktivləşdirmədən açılmır.

İnternet Mühafizəsi Cəmiyyətinin direktoru Mixail Klimarevun məlumatına görə, Rusiya hakimiyyəti “Siqnal”ı avqustun 8-dən bloklayıb.

Messencerin bloklanması ilə bağlı rəsmi məlumat verilməyib.

“Signal” ən təhlükəsiz ani mesajlaşma proqramlarından biri hesab olunur.

Xidmət zənglər, mesajlar və fayllar üçün şifrələmədən istifadə edir. Bu da məlumatların mobil operatorlar və kəşfiyyat orqanlarının əlinə keçməsini çətinləşdirir.

“Siqnal” digər xidmətlərlə müqayisədə istifadəçilər haqqında minimum məlumat alır və saxlayır.

Son həftələrdə Rusiyada “YouTube”un fəaliyyətində də problemlər yaranıb.

Rusiya hakimiyyəti videohostinqin işini ləngitmək qərarına gəlib.

Rusiyada “YouTube” platformasının bloklanması söhbəti 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlayandan aktiv şəkildə müzakirə olunur.

Rusiya hakimiyyəti bu platformanı ölkə qanunlarına əməl etməməkdə, həmçinin müharibə tərəfdarlarının məzmunlarını silməkdə ittiham edir.

Eyni səbəblə 2022-ci il martın 14-də Rusiyada istifadəçilərə “Instagram”a giriş bloklanıb.

Ana səhifəDünyaRusiyada “Signal”ın  bloklandığı bildirilir