close

Rusiyanın xam neft ixracı artıb

Rusiya nefti. Foto: Fly Of Swallow Studio/shutterstock

Murmansk limanından daşınmaların bərpası Qara dəniz axınlarının səviyyəsinin yüksəlməsinə səbəb olub

Rusiyanın xam neft ixracı artmağa başlayıb.

“Bloomberg” yazır  ki, bu artım ABŞ-ın Rusiya xam neftini daşıyan tankerlərə sanksiya tətbiq etdiyi vaxta təsadüf edir.

Rusiyanın dəniz yolu ilə xam neft ixracı oktyabrda artıb. Bu, son üç aydakı göstəricidən yüksəkdir.

Ötən həftə Rusiya limanlarından gündə təxminən 3,51 milyon barel xam neft nəql olunub. Bu da əvvəlki həftəyə baxanda gündə təxminən 285 min barel artım deməkdir.

Neft nəqlinin artmasına səbəb isə Qara dəniz axınlarının altı həftənin ən yüksək səviyyəsinə yüksəlməsidir. Bunun da səbəbi Murmansk limanından daşınmaların bərpasıdır.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak avqustun əvvəlində demişdi ki, Moskvanın ixrac məhdudiyyətləri may-iyun aylarından bəri 300 min barel səviyyəsinə düşüb və bu hədd ilin sonunadək uzanacaq.

Hesablamalar göstərir ki, limanlar vasitəsilə daşınmalar indi gündə təxminən 3,28 milyon barel səviyyəsində olmalıdır.

Neft ixracının artması Kremlin ixrac rüsumlarından həftəlik gəlirlərini artırıb. Dörd həftəlik orta göstərici isə 11-ci həftədir artaraq yanvarın ortalarından bəri yeni rekorda imza atıb.

ABŞ Xəzinədarlığı cavab olaraq, bareli 60 dollardan yuxarı qiymətlərlə satılan yükləri daşımaqda ittiham olunan iki tankerə qarşı sanksiyalar tətbiq edib.

Rusiyanın neft emalı zavodları oktyabr ayı ərzində gündəlik emal dərəcələrini artırıb.

Ana səhifəİqtisadiyyatRusiyanın xam neft ixracı artıb