close

Rusiyaya qarşı 12-ci sanksiya paketi yoldadır

Rusiyaya qarşı sanksiyalar. Foto: Anton Petrus/shutterstock

Hədəfdə Rusiya almazı da var

Avropa İttifaqı bu həftə üzvlərinə Rusiyaya qarşı yeni sanksiya paketi göndərməyi planlayır.
Bu barədə danışan Avropa İttifaqının xarici işlər komissarı Josep Borrel bildirib ki, bu dəfə hədəfdə Rusiya almazı da olacaq.

Hazırda biz almaz qadağası da daxil olmaqla, Rusiyaya qarşı təklif edilən 12-ci sanksiya paketinin son detallarını yekunlaşdırmaq üzrəyik”, – Borrel deyib.

O əlavə edib ki, təklif olunan paket bu həftə təsdiq edilməli, sonra isə müzakirə və təsdiq üçün blokun 27 üzv ölkəsini əhatə edən Avropa İttifaqı Şurasına göndərilməlidir.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri Avropa İttifaqı Kremlin müharibəni maliyyələşdirmək imkanlarını azaltmaq üçün Moskvaya qarşı 11 sanksiya paketi tətbiq edib.

Josep Borrel. Foto: “European Parliament”

Əsasən iqtisadiyyata aid sanksiyalar həmçinin, 1800-ə yaxın fiziki və hüquqi şəxsi əhatə edir.

“Hazırlanan sayca 12-ci sanksiya paketinə yeni ixrac qadağaları, o cümlədən almaz ixracı, neftin qiymətini sərtləşdirməyə yönəlmiş tədbirlər və Rusiyanın neft satışından əldə etdiyi gəliri azaltmaq üçün tədbirlər daxildir”, – Borrel Aİ xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə bildirib.

Ötən həftə AB diplomatları “Reuters”ə bildiriblər ki, 27 dövlətdən ibarət blok brilyant qadağasının davam etməsi üçün G7-nin yaşıl işığının yanmasını gözləyirdi.

Borrel isə hazırda 12-ci sanksiya paketinin son detallarını yekunlaşdırmaq üzrə olduğunu əlavə edib.

Ana səhifəDünyaRusiyaya qarşı 12-ci sanksiya paketi yoldadır