close

Qurban Qurbanovun həyatından film çəkilib

Qurban Qurbanov. Mənbə: “Qarabağ” klubunun saytı

Filmdə futbol mütəxəssisinin ayrı-ayrı yaş dövrünü 4 fərqli aktyor canlandırıb

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqqında bədii film çəkilib.

“Stadionlar səssiz olanda” adlı tammetrajlı bədii filmin rejissoru Əli Səttar Quliyevdir.

Rejissor Meydan TV-yə bildirib ki, filmdə Qurban Qurbanovun 1980-ci illərdən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib.

Məşqçinin müxtəlif dövrlərdə olan obrazlarını Səmimi Fərhad, Məmməd Əlili, Nağı Əmir, Amin Adıgözəlov canlandırıb.

Çəkilişlər Bakı və Zaqatalada aparılıb.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal olunan film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.

Ana səhifəMədəniyyətQurban Qurbanovun həyatından film çəkilib