close

“Sabah” avrokuboklarda ilk oyununu keçirib

Foto: “Sabah”ın sosial media hesabı

Bakı təmsilçisi Latviya klubu ilə matçda qələbə qazanıb

“Sabah” klubu iyulun 26-da UEFA Konfrans Liqasında ilk oyununu keçirib.

Rusiyalı mütəxəssis Murad Musayevin baş məşqçisi olduğu komanda Latviyada RFS klubunun qonağı olub. Oyun saat 20:00-da start götürüb.

Latviya klubu ilə qarşılaşma “Sabah”ın tarixində avrokuboklarda keçirdiyi ilk oyun olub. Bakı təmsilçisi özü üçün tarixi sayılan matçda qələbə qazanıb. 2:0 hesablı qələbə qazanan “Sabah” cavab oyunundan əvvəl böyük üstünlük əldə edib.

Komandalar arasında cavab görüşü bir həftə sonra Azərbaycanda keçiriləcək.

Ana səhifəİdman“Sabah” avrokuboklarda ilk oyununu keçirib