close

Seymur Həziyə hökm oxuyan hakim təqaüdə göndərildi

Şövkət Nəcəfova. Foto: arxiv

İnam Kərimov təqaüdə gedən iki rayonun hakimi ilə görüşüb

Şəmkir Rayon Məhkəməsinin sədri Könül Məmmədov və Abşeron Rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfova yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Ali Məhkəmənin, eyni zamanda, Məhkəmə-Hüquq Şurasının sədri olan İnam Kərimov iyulun 26-da onlarla görüşüb.

Təqaüdə yola salınan hər iki hakim məhkəmə sistemində fəaliyyətlərinə görə Məhkəmə-Hüquq Şurası adından fəxri fərmanla təltif ediliblər.

1958-ci il təvəllüdlü Könül Məmmədov hakimlik fəaliyyətinə 2000-ci ildə başlayıb. O, 2007-ci ilə qədər Ağdaş Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Daha sonra 10 il Tovuz rRayon Məhkəməsinin sədri olub. 2017-ci ildən isə Şəmkir Rayon Məhkəməsinə sədrlik edirdi.

65 yaşlı Şövkət Nəcəfova isə 1987-ci ildən hakimdir. O, 13 il Bakının Sabunçu Rayon Məhkəməsinin hakimi olub. Daha sonra 2000 – 2007-ci illərdə Suraxanı rayonunda eyni vəzifədə çalışıb. Ardınca 2013-cü ilə qədər Sumqayıt Şəhər Məhkəməsində hakimlik edib. 2013-cü ildən isə Abşeron Rayon Məhkəməsinin hakimidir.

Şövkət Nəcəfova 2015-ci ilin yanvarında “Azadlıq” qəzetinin şöbə müdiri Seymur Həzinin 5 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarmışdı. O zaman Seymur Həzi təqsirsiz olduğunu və bu hökmün sifarişlə çıxarıldığını bəyan etmişdi.

Ana səhifəXəbərlərSeymur Həziyə hökm oxuyan hakim təqaüdə göndərildi