close

Sevinc Vaqifqızı qaçaqmalçılıqda ittiham olunur

Sevinc Vaqifqızı. Foto: Meydan TV

Bu gün məhkəməsi olacağı gözlənilir

“AbzasMedia”nın baş redaktoru Sevinc Abbasovaya (Vaqifqızı) qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Məlumatı onun vəkili Elçin Sadıqov təsdiqləyib. Bildirib ki, Sevinc Vaqifqızının noyabrın 21-də Xətai rayon Məhkəməsinə çıxarılacağı gözlənilir.

Jurnalist barəsində verilən ittihamı qəbul etmir, bunu peşə fəaliyyəti ilə əlaqələndirir.

Noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli də saxlanılıb. Ona qarşı da eyni ittiham irəli sürülüb.

Barələrində verilən ittiham təsdiq edilərsə, onları 8 ilədək həbs cəzası gözləyir.

İctimai fəal Məhəmməd Kekalov da evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparılıb. Bir gündən artıqdır ki, ondan xəbər yoxdur.

Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər. Baş verənləri mediaya qarşı “qisas” adlandırıblar.

Ana səhifəSiyasətSevinc Vaqifqızı qaçaqmalçılıqda ittiham olunur