close

“Sex and the City” serialının aktrisası ukraynalı qaçqınlarla görüşüb

Kristin Devis. Foto: Wiki

Kristin Devis Kişinyov şəhərinə gedib

“Sex and the City” serialında Şarlotta York obrazı ilə tanınan amerikalı aktrisa Kristin Devis Moldovada ukraynalı qaçqınlarla görüşüb.

Aktrisanın səfəri ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK/UNHCR) “İnstagram” səhifəsində elan verilib.

BMT-nin xoşməramlı səfiri olan Kristin Devis Kişinyov şəhərinə gedib.

O, Ukraynadakı müharibə səbəbilə Kişinyovda məskunlaşan ailələrlə görüşüb.

Görüşdən sonra Kristin Davis “Daily Mail”ə müsahibəsində Ukraynaya dəstəyini ifadə edib.

Həmçinin ukraynalıların gücünə təəccübləndiyini etiraf edib.

“Moldovada olmaq, ukraynalı qaçqınlarla görüşmək mənim üçün böyük fəxrdir. Onlar bir yumruq kimi birləşiblər. Hətta belə acınacaqlı vəziyyətə də gələcəyə ümidlərini itirməyiblər. Onların nümayiş etdirdiyi fövqəladə gücdən çox təsirləndim. Heç kim qaçqın olmağı planlaşdırmır. Ailədən və dostlardan ayrılmağın ağrılı təcrübəsinə baxmayaraq, bir çoxları Moldovada həyatlarını yenidən qururlar”, – aktrisa deyib.

2022-ci ilin fevralında müharibə başlayandan bəri milyonlarla insan Ukraynanı tərk edib.

Statistikaya görə, 905 mindən çox qaçqın və üçüncü ölkə vətəndaşı Moldova ilə sərhədi keçib, ya qonşu dövlətlərə, ya da digər ölkələrə köçüblər.

Qaçqınların çoxu Avropa ölkələrinə səyahətlərini davam etdirsələr də, əksəriyyəti qadın və uşaqlar olmaqla, təxminən 117 min nəfər Moldovada qalmağı seçib.

Ana səhifəMədəniyyət“Sex and the City” serialının aktrisası ukraynalı qaçqınlarla görüşüb