close

Şeyx: “Azərbaycan dövləti dindarlar üçün bütün şəraiti yaradıb”

Bakıda Aşura mərasimi keçirilir. Bu il məscidlərdə ötən illərdən fərqli olaraq aşura günü insan izdihamı yaşanmayıb. Məscidlərdə aşuraya məxsus əksər ayinlər həyata keçirilməyib.

Aşura günüylə bağlı Təzəpir məscidində qanvermə aksiyası keçirilib. Qan vermə aksiyası axşam saatlarına kimi davam edəcək.

Aşura günü ilə bağlı bəzi küçələrdə insanlar ehsan süfrəsi qurublar. Polis küçədə ehsan verilməsinə mane olub.

Qafqaz Müsəlmanlarının Şeyxi Allahşükür Paşazadə və digər din xadimləri qanvermə aksiyasında iştirak edib. Allahşükür Paşazadə Azərbaycanda inanclı şəxslər üçün hər bir şərait olduğunu desə də, hüquq müdafiəçiləri son aylarda yüzlərlə şiə məzhəbli şəxsin şərlənərək həbs olunduğunu deyir.

Ana səhifəVideoŞeyx: “Azərbaycan dövləti dindarlar üçün bütün şəraiti yaradıb”