close

SOCAR-da 7 vitse-prezident təyin olundu

Mənbə: SOCAR

5 vitse-prezident isə işdən çıxarıldı

İyulun 28-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyində yeni təyinatlar olub. Belə ki, Prezident İlham Əliyevin sərəncamları ilə SOCAR-ın 5 vitse-prezidenti – Yaşar Lətifov, Süleyman Qasımov, Daşqın İskəndərov, Bədəl Bədəlov və Xalik Məmmədov vəzifəsindən azad edilib.

Başqa bir sərəncamla isə daha 7 nəfər vitse-prezident təyin edilib. Onlar Arzu Cavadova, İsmayıl Zərgərli, Ziba Mustafayeva, Babək Hüseynov, Əfqan İsayev, Anar Məmmədov və Fuad Musayevdir.

Ana səhifəXəbərlərSOCAR-da 7 vitse-prezident təyin olundu