close

Siyavuş Novruzov İrana: “Biz döyüşməyə hazırıq”

Foto: Milli Məclis

Deputatlar İranın əleyhinə ittihamlar səsləndiriblər

“Martın 2-si Hacı Şahinin müəmmalı ölümü, martın 4-ü hipermarketə hücum, martın 9-u Bakıda silahlı atışma və martın 28-i millət vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir”.

Bu iddianı Milli Məclisin aprelin 4-də keçirilən toplantısında insan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.

“Fazil Mustafaya qarşı terrorun Ramazan ayında baş verməsi…”

Zahid Oruc qeyd edib ki, terrorun silahı nə olursa-olsun, onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaqdır:

“Terror qorxu, xof və panika ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərir”.

Zahid Oruc Milli Məclisin Fazil Mustafaya qarşı silahlı hücuma hüquqi-siyasi qiymət verdiyini vurğulayıb:

Zahid Oruc. Foto: Meydan TV

Fazil Mustafaya qarşı terrorun Ramazan ayında baş verməsi sifarişçilərin İslama, etiqadlı insanlara, müsəlmanlara münasibətinin göstəricisidir. Əslində, terrorçuların dini və milli mənsubiyyəti yoxdur, onların hədəfi təkcə dövlət, xalq və fərdlər deyil, həm də müqəddəs kitablardır. Son terror aktını törədənlər Danimarka və Niderlandda “Quran”ı yandıranlardan fərqlənmirlər”.

“Silahlı dindarları, İslam tarixində yüksək mərtəbə tutan İmam Hüseyn adına terror təşkilatı yaradanları həqiqi inanclı adamlar, bütün konfessiyaların təmsilçiləri pisləməli, terroru hamı lənətləməlidir”, – deyə Zahid Oruc çıxışını tamamlayıb.

“İranın da, başqa dövlətlərin də əlaltılarına xəbərdarlıq edirik ki…”

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bu gün İran Naxçıvanla sərhədə qoşun yığıb:

Сиявуш Новрузов
Foto: Meydan TV

“Fazil Mustafaya qarşı terror aktı ilə gözümüzü qorxutmaq istəyirlərsə, səhv edirlər. Biz döyüşməyə hazırıq. Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, güclü Azərbaycan, güclü rəhbəri var. İranın da, başqa dövlətlərin də əlaltılarına xəbərdarlıq edirik ki, özlərini yığışdırsınlar”.

Ziya Bünyadovun, Rafiq Tağının qətl sifarişi İrandan gəlmişdi”

Parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov iddia edib ki, Ziya Bünyadovun, Rafiq Tağının qətl sifarişi İrandan gəlmişdi:

Ziyafət Əsgərov
Foto: Meydan TV

“Ermənistanla əməkdaşlıq edən İranın belə terror aktının arxasında durması təsadüfi deyil. Azərbaycana qarşı tələ quranlar özləri bu tələyə düşəcəklər”.

Ana səhifəSiyasətSiyavuş Novruzov İrana: “Biz döyüşməyə hazırıq”