close

Son 2 ayda 30 nəfər suda boğulub, onlardan 13-ü ölüb

Foto: arxiv

Suda boğulanlardan 11 nəfəri xəstəxanaya yerləşdirilib

2024-cü ilin iyun-iyul ayları ərzində Bakı üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə suda boğulma hadisəsi ilə bağlı ümumillikdə 30 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, onlardan 11 nəfər xəstəxanaya təxliyə olunub. 6 nəfərə yerində yardım göstərilib.

13 nəfərin isə ölüm faktı qeydə alınıb.

Suda boğulanlardan 27-si kişi, 3-ü qadın olub.

Ana səhifəSosialSon 2 ayda 30 nəfər suda boğulub, onlardan 13-ü ölüb