close

Sülhməramlıların Xocavənd və Ağdərədə müşahidə məntəqəsini bağladığı bildirilir

Rusiya sülhməramlıları. Mənbə: Rusiya MN

Bu günə qədər Rusiya sülhməramlılarının Qarabağda 9 məntəqəsi bağlanıb

Oktyabın 8-də Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının Xocavənd və Ağdərə rayonlarında iki müşahidə məntəqəsinin bağlanıldığı bildirilir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bu günə qədər Rusiya sülhməramlılarının Qarabağda 9 məntəqəsi bağlanıb.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük

İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu deyirdi və bu il sentyabrın 19-20-də bölgədə hərbi əməliyyat keçirdi.

Ana səhifəSiyasətSülhməramlıların Xocavənd və Ağdərədə müşahidə məntəqəsini bağladığı bildirilir