close

Sumqayıt sakininin polis bölməsində işgəncə nəticəsində öldüyü bildirilir

Sumqayıt Polis İdarəsi. Foto: arxiv

DİN isə Elvin İsgəndərovun serrozdan öldüyünü açıqlayıb

Sumqayıt sakini Elvin İsgəndərov şəhərdəki 1-ci polis bölməsində həyatını itirib. Ailə üzvləri onun polislərin işgəncəsi nəticəsində öldüyünü deyirlər.

37 yaşlı Elvin İsgəndərov iyunun 14-də gecə saatlarında bir neçə nəfərlə, o cümlədən qardaşları ilə birlikdə polis bölməsinə aparılıb. İyunun 15-nə keçən gecə İsgəndərov qardaşlarının arxasınca gələn qohumlarına Elvinin ölməsi barədə məlumat verilib.

Ailə üzvlərinin bildirdiyinə görə, Elvin İsgəndərovun meyitinin üzərində zorakılıq əlamətləri – xəsarət izləri vardı. Bu üzdən onlar hesab edirlər ki, Elvin İsgəndərov işgəncə ilə öldürülüb.
Həmin gecə onunla birlikdə polis bölməsində olmuş qardaşları da həm özlərinin, həm də Elvinin döyüldüyünü, polislərin onun başına zərbələr vurduğunu deyirlər.

Turxan İsgəndərov deyir ki, onu və qardaşlarını da döyə-döyə, təhqir edə-edə bölməyə aparıblar. Onun sözlərinə görə, qardaşının necə döyüldüyünü şəxsən özü də görüb.
Qardaşı danışır ki, zərbələrdən Elvin İsgəndərovun vəziyyəti pisləşib, müvazinətini itirərək, yerə yıxılıb:

Deyirdilər ki, özünü aktyorluğa qoyub”.

Daxili İşlər Nazirliyi isə Elvin İsgəndərovun işgəncə nəticəsində ölməsi barədə yaxınlarının dediklərini təkzib edir. Nazirliyin mətbuat xidmətinin hadisə ilə bağlı açıqlamasında iddia olunur ki, Elvin İsgəndərov qaraciyər serrozu və ürək tutmasından vəfat edib.

DİN-in məlumatında bildirilir ki, Sumqayıtda kafelərin birində sərxoş vəziyyətdə olan bir neçə nəfər arasında münaqişə barədə polisə məlumat daxil olub. Bu məlumat əsasında gecə saat 23:30 radələrində polislər kafeyə gediblər:

“Tərəflər arasında yaranan gərginlik aradan qaldırıldıqdan sonra onlar bölməyə dəvət ediliblər. Onlardan Elvin İsgəndərov bölmənin qarşısında, dayandığı yerdə qəfil müvazinətini itirərək yerə yıxılıb. Hadisə bir neçə nəfərin, qohumlarının, dostlarının, qardaşların yanında və müşahidə kamerasının altında baş verib. Təcili tibbi yardım dəvət olunmasına baxmayaraq, Elvin İsgəndərov vəfat edib. Həkim rəyinə əsasən onun ölümünə səbəb qaraciyər serrozu və ürək tutması olub”.

Ana səhifəBölgəSumqayıt sakininin polis bölməsində işgəncə nəticəsində öldüyü bildirilir