close

Teleaparıcı Natəvan Babayeva vəfat edib

Natəvan Babayeva. Foto: Az.tv

Jurnalist onkoloji xəstəlikdən əziyyət çəkirmiş

İyulun 20-də Azərbaycan Dövlət Televiziyasının (AzTv) aparıcısı Natəvan Babayeva vəfat edib.

1977-ci ildə anadan olan Natəvan Babayeva uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Yaxınlarının bildirdiyinə görə,bir müddət öncə Natəvan Babayeva Türkiyəyə gedərkən Bakı hava limanında halı pisləşmişdi.

Natəvan Babayeva 2016-cı ildə fəaliyyəti dayandırılan ANS televiziyasında çalışıb.

Mərhum jurnalistin Salyan rayonunda dəfn olunacağı deyilir.

Ana səhifəXəbərlərTeleaparıcı Natəvan Babayeva vəfat edib