close

Zibil qutusundan tapılan uşağın anası saxlanılıb

Sabunçu Rayon Polis İdarəsi, 13-cü Polis Bölməsi. Foto: DİN

Anaya qarşı cinayət işi açılıb

Sabunçu rayonu, Tatarski küçəsindəki zibil yeşiklərindən birindən tapılan yeni doğulmuş körpənin anası saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İyulun 17-də zibil yeşiyindən tapılan körpə tibb müəssisəsinə yerləşdiriləndən sonra Sabunçu Rayon Polis İdarəsində araşdırmalar başlayıb. Sosial şəbəkələrdə ananın uşağı zibil qutusuna necə atdığını əks etdirən görüntülər də yayılmışdı.

Araşdırmalar nəticəsində uşağın anasının kimliyi müəyyənləşdirilib.

“Körpəni məişət tullantıları qutusuna atan ana S.Qasımova saxlanılıb. Onun izahatı alınıb və zəruri istintaq hərəkətləri icra edilib”, – Daxili İşlər Nazirliyindən bildirilib.

Toplanmış materiallar əsasında Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsilə cinayət işi başlanıb. S.Qasımovaya qarşı bu maddə ilə ittiham irəli sürülüb:

“İş üzrə müvafiq istintaq hərəkətləri və araşdırmalar davam etdirilir”.

Ana səhifəSosialZibil qutusundan tapılan uşağın anası saxlanılıb