close

Tomas de Vaal Ərdoğanın səfərini şərh edib: “Yerevana ultimatum verilə bilər”

Foto: “Azərtac”

Ekspert deyir ki, əks halda Zəngəzur dəhlizi Rusiya ilə birgə açılacaq

Sentyabrın 25-də Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana rəsmi səfərə gəlib.

Onu azərbaycanlı həmkarı İlham Əliyev qarşılayıb.

Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin məlumatına görə, müzakirələr ilk növbədə Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinin möhkəmləndirilməsinə həsr olunacaq.

Gündəliyə həmçinin əsas regional və beynəlxalq məsələlərin hərtərəfli müzakirəsi daxildir, Azərbaycanın Qarabağ bölgəsindəki son hadisələrə xüsusi diqqət yetiriləcək.

Səfər çərçivəsində Türkiyə və Azərbaycan prezidentlərinin mühüm mərasimdə – Iğdır-Naxçıvan qaz boru kəmərinin bünövrəsinin qoyulması və müasirləşdirilmiş Naxçıvan hərbi kompleksinin açılışı mərasimində birgə iştirak edəcəkləri gözlənilir.

“Turan” yazır ki, Karnegi Avropa Mərkəzinin eksperti Tomas de Vaal öz mikrobloqunda Türkiyə və Azərbaycanın Ermənistana “Zəngəzur dəhlizinin” açılması ilə bağlı ultimatum verə biləcəkləri haqqında ehtimalını dərc edib.

Tomas de Vaal qeyd edib ki, Qarabağın Azərbaycan tərəfindən hərbi yolla azad edilməsindən bir neçə gün sonra prezidentlər Əliyev və Ərdoğan Naxçıvanda görüşürlər:

Onlar Ermənistan hökumətinə “Zəngəzur dəhlizini açması, əks halda… Rusiyanın razılığı ilə orada qoşunların yerləşdiriləcəyi haqqında ultimatum verəcəkləri ehtimalı var”.

Bu gün həmçinin Azərbaycan parlamentində “Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər” mövzusunda dinləmələr keçirilir.

Müzakirələr Ermənistanın Zəngəzur dəhlizini əhatə edən regionla bağlıdır.

Ana səhifəSiyasətTomas de Vaal Ərdoğanın səfərini şərh edib: “Yerevana ultimatum verilə bilər”