close

Trampın 200 min dollar girov qarşılığında sərbəst buraxıldığı bildirilir

D.Tramp. Foto: Reuters

Keçmiş prezident həbsxanada 20 dəqiqə qalıb

ABŞ-nın keçmiş prezidenti Donald Trampın həbs edildiyi, daha sonra isə 200 min dollar girov qarşılığında sərbəst buraxıldığı bildirilir. 

Xəbərə görə, Tramp Corciya ştatındakı Fulton həbsxanasında təxminən 20 dəqiqə qalıb. Daha sonra isə onun kortejinin Atlantadakı Hartsfild-Cekson Beynəlxalq Hava Limanına getdiyi bildirilir. Corciya rəhbərliyi Trampı ştatda 2020-ci ildə keçirilmiş prezident seçkilərinə müdaxilə etməkdə ittiham edir. Tramp ölkənin hazırkı prezidenti Co Baydenə uduzduğunu inkar edib. Corciya ştatında səsvermənin nəticələrinin ləğv edilməsini tələb edib.

İttihamlardan biri 2021-ci ilin yanvarında Trampın Corciyanın respublikaçı dövlət katibi Bred Raffenspergerə “11 780 səs tapmaqda” kömək təklif etdiyi telefon zəngidir. Bu işdə eks-prezidentdən başqa 18 nəfərin də adı var. Onlar seçkinin nəticələrini dəyişdirmək üçün əlbir olmaqda şübhəli bilinirlər. Təqsirləndirilən şəxslər həmçinin reketçilik, yalan ifadə vermək, dövlət məmurlarını andı pozmağa təhrik etmək, sənədləri saxtalaşdırmaq, şahidlərə təsir etmək, kompüterləri oğurlamaq və yalan ifadə verməkdə ittiham olunublar. Donald Tramp 2017-2021-ci illərdə Amerikanın prezidenti postunu tutub.

2021-ci ildə keçirilən seçkilərdən sonra ölkənin yeni prezidenti Co Bayden olub.

Ana səhifəDünyaTrampın 200 min dollar girov qarşılığında sərbəst buraxıldığı bildirilir