close

Anjey Kaspşik Laçınla sərhəd kəndə gəlib

azatutyun.am

ATƏT rəsmisi jurnalistlərin sualını cavablandırmayıb

Avqustun 25-də ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Laçınla həmsərhəd Kornidzor kəndində olub. Onun ATƏT-in fəaliyyətdə olan sədrinin tapşırığı ilə ərazidə olduğu və mövcud vəziyyətlə bağlı məlumat verdiyi deyilir.

“Azadlıq” Radiosunun erməni xidmətinin məlumatına görə, A.Kaspşik jurnalistlərin suallarını cavablandırmayıb. O, yerli rəsmilərdən yalnız birtərəfli hərəkətə icazə verilib-verilmədiyini soruşub.

Avqustun 24-də Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Dağlıq Qarabağda humanitar vəziyyətin gərgin olduğunu demişdi:

“Biz mötəbər məlumat almışıq ki, Laçın dəhlizinin birtərəfli istiqamətdə açılması, yəni Dağlıq Qarabağdan çıxışa icazə verilməsi və girişin qadağan edilməsi üçün proqramlar hazırlanır. Bununla da Azərbaycanın əsas məqsədi Dağlıq Qarabağda etnik təmizləmə aparmaqdır”.

Mövqeyimiz dəyişməzdir – Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələləri beynəlxalq mexanizm çərçivəsində Bakı-Stepanakert (Xankəndi) dialoqu vasitəsilə həll edilməlidir”, – deyə Paşinyan əlavə etmişdi.

Avqustun 17-də Ermənistanın müraciəti ilə çağırılan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclası keçirilmişdi. İclasda hər hansı yekun bəyanat və ya qətnamə qəbul edilməmişdi.

Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.

Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb. Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir. Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətAnjey Kaspşik Laçınla sərhəd kəndə gəlib