close

Türkiyə ilə Gürcüstan turizmdən gəlirlərini açıqladı, bəs Azərbaycan?

Qafqaz turizmi. Mənbə: Sotnikov Misha/shutterstock

“Bizim Gürcüstanın 2019-cu ildəki turist sayına çatmağımıza hələ 1.2 milyon turist qalıb”

Turizm baxımından ötən il Azərbaycanla qonşu Gürcüstan və Türkiyə üçün düşərli olub. 2023-cü ildə Gürcüstanın beynəlxalq turizmdən gəliri 4.1 milyard dollara çatıb.

Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına görə, 2023-cü ildə beynəlxalq turizmdən əldə olunan gəlir 2019-cu ilin səviyyəsini 26,2% (856,7 milyon dollar), 2022-ci ilin məlumatlarını isə +17,3% (608,7 milyon dollar) üstələyib. Təkcə ötən ilin oktyabr-dekabr aylarında Gürcüstanı 1.5 milyon nəfər ziyarət edib.

Gürcüstan-Azərbaycan sərhədi. Foto: Ana Flasker/shutterstock

Türkiyənin turizm gəlirləri də açıqlanıb. Türkiyə Səyahət Agentlikləri Birliyinin rəhbəri Firuz Bağlıkaya bildirib ki, 2023-cü ildə əcnəbi ziyarətçi sayı 50 milyona çatıb. Xarici ölkələrdə yaşayan türklərin sayı nəzərə alınanda ümumi ziyarətçi sayı 56 milyonu ötüb. Türk turizmçiləri 2024-də hədəflərinin daha böyük olduğunu açıqlayıblar. Bağlıkaya deyir ki, rəqibləri olan İspaniya, Fransa və İtaliya kimi ölkələrə çatmaq və hətta ötmək üçün daha çox çalışacaqlar.

Türkiyə
Foto: Reuters

Azərbaycana dünyanın 187 ölkəsindən 2085.8 min və ya əvvəlki illə müqayisədə 30.2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Gələnlərin 30 faizi Rusiya, 18.1 faizi Türkiyə, 7.9 faizi İran vətəndaşları olub. Həmçinin, Hindistan, Gürcüstan, Qazaxıstan, Pakistan, Çin, Böyük Britaniya vətəndaşları da Azərbaycana səyahət edib. Ancaq ölkə turizmdən nə qədər qazanc əldə edib, bu barədə rəsmi məlumat yoxdur.

Туризм
Foto: arxiv

İqtisadçı Eldəniz Əmirov bildirib ki, Gürcüstanın turizm gəlirləri 2019-cu illə müqayisədə 26.2 faiz artaraq 4.1 milyard dollara çatıb.

Eldəniz Əmirov. Foto: Azərtac

“Bizim isə Gürcüstanın 2019-cu ildəki turist sayına çatmağımıza hələ 1.2 milyon turist qalıb. Beləliklə, region rəqibimiz Gürcüstana turizm üzrə çatmaq istədiyimiz halda Gürcüstan bizdən daha da uzaqlaşır”,- Eldəniz Əmirov sosial şəbəkə hesabında paylaşıb.

Ekspert xatırladır ki, Gürcüstanın quru sərhədləri bağlı deyil, lari manatdan ucuzdur:

Gürcüstanda regional turizmin inkişafında maliyyələşmə önəmli olduğu üçün kreditləşmədə Tbilisinin payı 77 faizdir, rayonların payı isə 0.1-0.6 faiz deyil. Buna görə də aşağı ulduzlu otellər, digər turizm infrastrukturu inkişaf edir”.

Ana səhifəSosialTürkiyə ilə Gürcüstan turizmdən gəlirlərini açıqladı, bəs Azərbaycan?