close

Türkiyədə seçkilər: YSK II turun vaxtını açıqladı

Foto: “medyascope.tv”

Seçki qutularının 100 faiz açıldığı bildirilir

Türkiyə Yüksək Seçki Qurumunun (YSK) rəhbəri Ahmet Yener seçkilərin ikinci turunun mayın 28-də keçiriləcəyini açıqlayıb.

Bu barədə YSK rəhbəri Ahmet Yener mayın 15-də brifinqdə deyib.

O, 14 may prezident və parlament seçkilərinin problemsiz keçirildiyini qeyd edib.

Saat 15:15-ə olan məlumata görə, seçki qutuları 100 faiz açılıb:

“Daxili 84,92 faiz, xaricdə iştirak nisbəti 52,60% olub”.

A.Yener K.Kılıçdaroğlunun 44,88, R.T. Ərdoğanın 49,51, S.Oğanın 5,17, namizədliyini geri götürən M.İncənin isə 0,44 səs topladığını açıqlayıb.

Ana səhifəDünyaTürkiyədə seçkilər: YSK II turun vaxtını açıqladı