close

Ukrayna Futbol Federasiyası Azərbaycan klubunun iştirak etdiyi turnirə etiraz edib

Foto: Ukrayna Futbol Federasiyası

Rusiyadakı turnirdə çıxış edən klublar qınanılıb

Ukrayna Futbol Federasiyası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Matç TV kuboku”nun iştirakçılarına etirazını bildirib.

Federasiya bununla bağlı bəyanat yayıb.

Bəyanatda Azərbaycan klubu “Neftçi”, “Srvena Zvezda” (Serbiya) və “Fənərbaxça” (Türkiyə) Rusiyada təşkil olunan turnirdə iştirakına görə qınanıb:

Ukrayna Futbol Assosiasiyası “Neftçi” (Bakı), “Srvena Zvezda” (Serbiya) və “Fənərbaxça” (Türkiyə) komandalarının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yoldaşlıq turnirində iştirakını qətiyyətlə pisləyir. Bir daha Avropanın və bütün dünyanın futbol ictimaiyyətinə xatırladırıq ki, Rusiyada futbol həmişə yerli kriminal rejimin təbliğat vasitəsi kimi istifadə olunub.

Uzun illərdir ki, bu təbliğat və futbol onun ayrılmaz atributu kimi Ukraynaya qarşı işləyir və Ukraynada hər şeyi məhv etmək məqsədi daşıyır. Rusiya Futbol İttifaqı nə rus qoşunlarının Ukrayna ərazisinə ilk dəfə hücum etdiyi 2014-cü ildən, nə də genişmiqyaslı işğalın başladığı 24 fevral 2022-ci ildən sonra Rusiyanın kriminal avtoritetlərinin hərəkətlərini pisləmir. Bu da yalnız belə şərh edilə bilər: Rusiya Federasiyasının Ukraynaya qarşı bütün cinayətlərə səssiz dəstəyi”.

İyulun 1-də start götürən turnirdə sözügedən klublarla yanaşı, Rusiyanın “Zenit” komandası da iştirak edir. Yarışa iyulun 15-də yekun vurulacaq.

Ana səhifəİdmanUkrayna Futbol Federasiyası Azərbaycan klubunun iştirak etdiyi turnirə etiraz edib