close

Ukrayna hərbçiləri Donetsk vilayətində Staromayorskoyeni azad ediblər

“Hromadske”nin materialı

Baxmut ətrafının cənub cinahında hücum davam edir

Ukryana hərbçiləri Donetsk vilayəti, Volnovaxsk rayonunun Staromayorskoye kəndini azad etdiklərini bildiriblər.

Prezident Vladimir Zelenski döyüşçülərin videosunu yayıb. 

Döyüşçülərdən biri deyib ki, kəndi dəniz piyadasının 35 xüsusi briqadası və “Arey” könüllü batalyonu azad edib. 

Hadisənin öncəsi

Staromayorskoye iyunda azad olunmuş Blaqodatnoye və Makarovka kəndlərindən cənubda yerləşir. 

İyulun 26-sı müdafiə nazirinin müavini Anna Malyar xəbər verib ki, Staromayorskoye istiqamətində döyüşlər davam edir. O qeyd edib ki, ukraynalı müdafiəçilər uğur qazanıblar və əldə etdikləri mövqelərdə möhkəmlənirlər.

Ərazinin azad olması

Müdafiə Nazirliyində qeyd edirlər ki, Ukraynanın müdafiə qüvvələri Melitopol və Berdyansk istiqamətində hücum əməliyyatına və tədricən irəliləməyə davam edir.

Müdafiə qüvvələri həmçinin Baxmutsk istiqamətində, Baxmut ətrafının cənub cinahında hücuma davam edir.

Ukrayna hərbçiləri iki ay ərzində 230 kvadrat kilometrə yaxın ərazini azad edib ki, bunun 192 kvadrat kilometrdən çoxu cənubda və təxminən 35 kvadrat kilometri şərqdədir, Malyar deyib.  

Ana səhifəUncategorized @azUkrayna hərbçiləri Donetsk vilayətində Staromayorskoyeni azad ediblər