close

İnflyasiyanın azalması Avropa Birliyi ölkələrində ümidi artırıb

Avro. Foto: artofvisionn/shutterstock

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropada enerji böhranına səbəb olan bahalaşma hazırda ən aşağı səviyyədədir

Fransada ÜDM artımı, inflyasiyanın azalması Avropa Birliyi ölkələrinə ümid verir.

Apreldə və iyun ayları arasında Fransada ÜDM 0,1 faiz artaraq 0.5 faizə çatıb. Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra inflyasiyanın ən aşağı səviyyədə olduğu zamandır.

Mütəxəssislər düşünür ki, Fransa iqtisadiyyatı təxmin ediləndən əhəmiyyətli dərəcədə sürətlə böyüyüb və inflyasiya gözləniləndən tez azalıb. Bu da 20 ölkənin avro bölgəsində artan faiz dərəcələri, tənəzzül qorxusu fonunda müsbət haldır.

“Bloomberg” yazır ki, Fransada istehlak qiymətləri iyul ayında bir il əvvəllə müqayisədə 5 faiz artıb.

Beləliklə, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropada enerji böhranına səbəb olan bahalaşma hazırda ən aşağı səviyyədədir.

Doğrudur, xidmət inflyasiyası daha yüksəkdir, lakin bu da analitiklərin gözləntilərindən bir qədər aşağıdır.

İspaniya iqtisadiyyatı da analitiklərin təxminlərinə uyğun gələn 0,4 faiz artımla möhkəmlik göstərib. İnflyasiya gözlənilmədən sürətlənsə də, 2.1 faizlə Avropada ən aşağı səviyyələr arasındadır.

İspaniyanın ən böyük kreditoru olan “CaixaBank SA”-nın baş icraçı direktoru Gonzalo Gortazar deyir ki, ikinci rübün rəqəmləri avro zonası iqtisadiyyatının vəziyyəti ilə bağlı nikbin mesaj verir.

“Biz daha güclü artım görürük və bu mərhələdə inflyasiya da aşağı düşür. İşlər gözlədiyimizdən daha yaxşı gedir və yumşaq eniş gözləməsi ehtimalı artır”.

Almaniya da bölgənin ən böyük iqtisadiyyatı olan ölkələrindəndir.

İqtisadçılar burada ikinci rübdə hasilatın daha yüksək olduğunu təxmin edirlər, baxmayaraq ki, Beynəlxalq Valyuta Fondu Almaniyanın iqtisadiyyatın daralmasından əziyyət çəkdiyini bildirib.

“Carrefour”un baş icraçı direktoru Alexandre Bompard bildirib ki, onlar hələ də ticarətin aşağı düşməsindən əziyyət çəkirlər.

Başqa bir ticarətçi isə bildirib ki, Fransanın istehlak xərcləri rübün sonunda bərpa olunmağa başlayıb. İyunda ərzaq alışları qismən bərpa olunub. Təxminən 0,9 faiz artım qeydə alınıb.

Ana səhifəUncategorized @azİnflyasiyanın azalması Avropa Birliyi ölkələrində ümidi artırıb