close

Ukraynada raket zərbələri 11 nəfərin həyatına son qoyub

Pokrovsk şəhəri. Foto: Reuters

BMT-nin Ukraynadakı rəsmisi hadisədən dəhşətə gəldiyini bildirib

Yanvarın 6-da Ukraynanın şərqindəki Pokrovsk şəhəri və ətrafına raket zərbələri atılıb. Nəticədə 11 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilir. Bu barədə açıqlama verən Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsinin qubernatoru bildirib ki, ölənlərdən beşi uşaqdır.

BMT-nin Ukraynadakı rəsmisi hadisədən dəhşətə gəldiyini bildirib. Xilasetmə işləri gecə saatlarına qədər davam edib.

Regional qubernator Vadim Filaşkinin internetdə yerləşdirdiyi şəkillərdə qrupların qaranlıqda yanan dağıntı qalıqlarına, eləcə də yanmış avtomobillərə baxış keçirdikləri əks olunub.
Filaşkin Ukrayna televiziyasına bildirib ki, Rusiya qüvvələri gecə saat 3 radələrində S-300 raketləri ilə Pokrovsk şəhərini “kütləvi atəşə tutub”.

“Bu vəhşi hücum nəticəsində 11 nəfər ölüb. Onların içində 3-17 yaş arası uşaqlar da var. Yaralananların sayı isə 10 nəfərdir. Xilasetmə əməliyyatları davam edir. Səhərə yaxın yaralananların son sayını daha yaxşı anlayacağıq”.

Filaşkin daha əvvəl demişdi ki, əsas zərbə Pokrovsk şəhəri və Rusiyanın nəzarətində olan Donetsk vilayət mərkəzindən təxminən 80 km (50 mil) məsafədə yerləşən yaxınlıqdakı kəndləri hədəf alıb. O bildirib ki, Rusiya qüvvələri “torpaqlarımıza mümkün qədər çox kədər gətirməyə çalışır”. 

Ukrayna Prezidenti Volodimir Zelenski gecə etdiyi videomüraciətində deyib ki, hücum “sadəcə, adi, şəxsi, onların evlərini hədəf alıb”

Rusiyaya hiss etdirmək lazımdır ki, bu zərbələrin heç biri terror dövləti üçün nəticəsiz keçməyəcək”, -Zelenski bildirib.

BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Denis Braun deyib ki, o, zərbələrdən və xüsusən də uşaqların ölümlərindən dəhşətə gəlib. Braun açıqlamasında “Bunlar sadəcə olaraq bu müharibə nəticəsində öldürülən uşaqlar idi” deyib. Onun sözlərinə görə, Rusiyanın şəhərlərə son hücumları “ardında çoxlu sayda uşaq qoyub. Qadın və kişilər ölüb, yaralanıb, itki və dağıntı izi qoyub”.

Rusiya ordusunun son yaydığı bəyanatlardan birində deyilir ki, qüvvələri Pokrovsk yaxınlığındakı Ukrayna hərbi birləşməsinin istifadə etdiyi komanda məntəqəsinə zərbələr endirib.

Ana səhifəSiyasətUkraynada raket zərbələri 11 nəfərin həyatına son qoyub