close

Ukraynanın cənubunda vəba və Sibir xorası təhlükəsi var

Foto: Teleqram

Kaxovka SES-də baş verən qəzanın nəticələri araşdırılır

“Newsmaker”in materialı

Ukraynanın cənubunda Kaxovka SES-də baş vermiş qəzadan sonra onlarla kənd su basmış vəziyyətdə qalır. Suyun səviyyəsi tədricən aşağı düşsə də, yüzlərlə kvadrat metr sahə hələ də su altındadır. Ekoloqlar və həkimlər deyirlər ki, suya xeyli təhlükəli cismlər düşüb ki, onlar kəskin bağırsaq infeksiyası, hepatit, botulizm, vəba və hətta Sibir xorası yarada bilər, – BBC xəbər verir.

Ukrayna yerli hakimiyyətinin xəbərdar etdiyi kimi, qəzadan sonra ölkənin cənubunda bir neçə qəbiristanlıq, tullantılarla və gübrə anbarları ilə birgə aqrogermalar su altında qalıb. Üstəlik böyük bir zibillik ərazi və mal qəbiristanlığını da su basıb.

Ukrayna Səhiyyə Nazirliyi su basmış rayonlarda Kaxovka su hövzəsində məhv olmuş balıq üzündən hepatit A, kəskin bağırsaq infeksiyaları, o cümlədən vəba və botulizmin yayılması riski barədə xəbərdar edir.

Sakinlərdən dənizin dibindən balıq yığmamağı və qanunsuz bazarlardan balıq almamağı xahiş edirlər. Su basmış ərazilərdə yalnız butulkalarda və təmizlənmiş su içmək, ərazaqları cidd-cəhdlə yumaq və termik işləmək zəruridir.

Belə ki, Nikolayevski vilayəti Sniqirovka şəhəri yaxınlığındakı İnqules çayında azot ammonium, nitrit, xlorid, dəmir və başqa maddələr aşkarlanıb. Bu, o deməkdir ki, çaya çirkab su düşüb. Çaydan balıq tutmaq və onun suyundan içmək olmaz.

Daha əvvəl Ukraynanın Cənub-Qərb dairəsinin dövlət ekologiya inspeksiyası Odessada dəniz suyunun şirinləşməsini qeyd edib.

 İyunun 6-sı məlum olub ki, Xerson vilayətinin Rusiyanın işğal etdiyi hissəsində yerləşən Kaxovka SES-sı partladılıb. Rusiya və Ukrayna tərəfləri bir-birini stansiyanın partladılmasında günahlandırıb. Dnepr axınından aşağıda olan yaşayış məntəqələrini su basıb. Ən azı, 13 adam həlak olub.

Ana səhifəXəbərlərUkraynanın cənubunda vəba və Sibir xorası təhlükəsi var