close

Ukraynanın Rusiya vilayətlərinə PUA ilə hücum etdiyi bildirilir

Mənbə: Reuters

Pskov 4 “İl-76” hərbi nəqliyyat təyyarəsi yanıb

Rusiyanın Pskov, Bryansk, Kaluqa, Orlov və Ryazan vilayətlərində, eləcə də Moskvanın ilhaq etdiyi Krım yarımadasında pilotsuz uçuş aparatları (PUA) ilə hücumların qeydə alındığı bildirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 30-da gecə saatlarında edlən hücum zamanı Pskov aerodromunda yanğın baş verib.

Nəticədə dörd “İl-76” hərbi nəqliyyat təyyarəsi yanıb.

Hücumun qarşısı alınıb, canlı itki olmayıb.

Rusiya Müdafiə Nazirliyi Ryazan vilayətində iki, Kaluqa vilayətində bir PUA-nın vurulduğunu bildirib.

Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşanın sözlərinə görə, daha bir PUA boş neft çəninə düşüb.

Qubernator Andrey Klıçkovun sözlərinə görə, Orlov vilayəti üzərində iki pilotsuz təyyarə vurulub.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib ki, pilotsuz təyyarə inzibati binaya düşərkən yanğın baş verib.

Dam örtüyü də qismən zədələnib, pəncərələr sınıb.

O həmçinin deyib ki, PUA-lar Bryanskdakı televiziya qülləsinə hücum ediblər, lakin cəhdin qarşısı alınıb.

Vurulan PUA-nın qalıqlarının düşməsi nəticəsində Böyük Britaniyanın regional departamentinin binasına ziyan dəyib.

Moskvaya doğru hərəkət edən bir pilotsuz təyyarə Moskva vilayətinin Ruzski rayonu ərazisi üzərində sıxışdırılıb.

Mərkəzi Federal Dairənin bölgələrinin səlahiyyətliləri canlı itki olmadığını bildiriblər.

Moskva hava limanları təyyarələrin qəbulu və yola salınması üçün bağlanıb, indi Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovskidə bütün məhdudiyyətlər götürülüb.

Sevastopolun qubernatoru Mixail Razvojayev bildirib ki, Qara dəniz donanmasının qüvvələri Sevastopolun mərkəzi körfəzi yaxınlığında pilotsuz nəqliyyat vasitələrinin hücumunu dəf edir.

Bir saat sonra o, sualtı qayıqlara qarşı və təxribata dəstək qüvvələrinin akvatoriyada işlərini yekunlaşdırdığını, lakin məhv edilən hədəflərin sayı və növü barədə dəqiq məlumat olmadığını bildirib.

Rusiya hücuma görə Ukraynanı ittiham edib.

Kiyev iddialara münasibət bildirməyib.

Ana səhifəXəbərlərUkraynanın Rusiya vilayətlərinə PUA ilə hücum etdiyi bildirilir