close

Ukraynanın şəhərləri raket atəşinə tutulub, Kiyevdə yaralananlar var

Ukrayna, Donetsk. Foto: Reuters

Paytaxtda işıqlar kəsilib

Kiyev və Ukraynanın digər şəhərlərinə kütləvi raket zərbəsi olub.

Ölkənin cənubundakı Nikolayevdə bir nəfər ölüb, ümumi 20 yaşayış binasına ziyan dəyib.

Həmçinin Kiyevdə elektrik enerjisinin kəsildiyi bildirilir və yaralıların olması ilə bağlı xəbərlər var.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Rusiyanın raket hücumu nəticəsində Kiyevdə iki nəfər ölüb.

Həmçinin Kiyevdə 10-dan çox insan yaralanıb. Hazırda iki nəfərin öldüyünü bilirik. Dağıntılar altında daha çox insan ola bilər”, – Zelenski “Telegram” mesajlaşma proqramında paylaşıb.

Volodimir Zelenski. Foto: Dmytro Larin/shutterstock
Volodimir Zelenski. Foto: Dmytro Larin/shutterstock

Ukrayna ordusunun komandanı bildirib ki, ölkəsinin hava hücumundan müdafiəsi fevralın 7-də Rusiyanın atdığı 29 raket və 15 pilotsuz uçan aparatı vurub.

Valeriy Zalujni deyib ki, Rusiya qüvvələri hücumun bir neçə dalğası ilə 64 raket və pilotsuz uçan aparatları buraxıb. Valeriy Zalujni deyib ki, Rusiya qüvvələri hücumun bir neçə dalğası ilə 64 raket və pilotsuz uçan aparatları buraxıb.

Onun sözlərinə görə, ümumilikdə 44 raket və pilotsuz təyyarə vurulub.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Rusiya raketləri şəhərin elektrik xətlərinə ziyan vurub. Hazırda Kiyevin bəzi hissələri işıqsızdır.

Ana səhifəDünyaUkraynanın şəhərləri raket atəşinə tutulub, Kiyevdə yaralananlar var