close

Ümid və Haqq Ədalət partiyaları İlham Əliyevi dəstəkləyəcək

Azərbaycanda seçkilər, Foto: By AlexLMX/Shutterstock

Hər iki partiya bəyanat yayıb

Ümid və Haqq Ədalət partiyaları 7 fevral növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

Bu barədə dekabrın 18-də hər iki partiya açıqlama yayıb.

Ümid Partiyası bildirib ki, təşkilat bütün seçkilərdə seçici rəyinə təsir edən siyasi instituta çevrilmək üçün yeniliklər tətbiq edib, qanun çərçivəsində bütün imkanlardan yararlanmağa çalışıb.

Partiya hesab edir ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və suverenliyinin bərpasından keçən 3 il İlham Əliyevin siyasəti və adı ilə bağlıdır:

Ümid Partiyası.

“Baxmayaraq ki, bu gün torpaqlarımız işğaldan azad edilib, dövlət sərhədlərimizə nəzarət öz əlimizdədir, amma proses hələ bitməyib. Müxtəlif xarici təsirlər, bəzən təhdidlər, sülh müqaviləsinin bağlanmaması hələ də narahatlıq və böyük nigaranlıq yaradır. Belə vəziyyətdə başlanılan və uğurla aparılan bir siyasətin yekununa varması üçün mütləq stabillik və davamlılıq, o cümlədən bu prosesi aparan Ali Baş Komandan İlham Əliyevin öz vəzifəsini icra etməsi ən məqəsədəuyğun hal olardı”.

Haqq Ədalət Partiyası 2022-ci il noyabrın 3-4-də keçirilən geniştərkibdəki yığıncağında İlham Əliyevin siyasətini daim dəstəkləyəcəyini xatırladıb.

Bunun davamı olaraq bugünkü iclasda biz hakim Yeni Azərbaycan Partiyasının qarşıdan gələn növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyi ilə bağlı qərarını dəstəkləməliyik”, – deyə partiya bildirib.

Haqq Ədalət Partiyası

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Bu günə qədər ölkə başçısı İlham Əliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev və Fuad Əliyev  namizədliklərini irəli sürüblər.

AXCPMüsavat isə seçkiləri boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Ana səhifəSiyasətÜmid və Haqq Ədalət partiyaları İlham Əliyevi dəstəkləyəcək